Mağaza ziyarəti
Qarşılama, ehtiyacı öyrənmə, təklif, soyunma otağı, kassa və yola salma.
Satıcılarınız siz olmayanda müştəri ilə necə işləyir? Mağazanıza adi alıcı kimi gəlir, zəng edir və yazırıq, gördüklərimizi qiymətləndirmə hesabatı ilə təqdim edirik.
Gizli müştəri xidməti mağazanızın xidmətini alıcının gözü ilə yoxlamaqdır. Hazırlıqlı şəxs adi müştəri kimi mağazaya gəlir, sual verir, geyim sınayır və satıcının necə işlədiyini müşahidə edir. Komanda yoxlandığını bilmir, ona görə gördüyümüz mənzərə hər günkü real xidmətdir.
Yoxlama mağaza ilə bitmir. Geyim alıcısının çoxu əvvəlcə Instagram-da yazır və ya zəng edir. Ona görə cavabın sürətini, qiymət və ölçü suallarına necə cavab verildiyini və müştərinin sifarişə yönəldilib-yönəldilmədiyini də yoxlayırıq.
Hər yoxlamadan əvvəl sizinlə birlikdə qiymətləndirmə vərəqi hazırlayırıq. Nəticə ümumi fikir yox, meyarlar üzrə bal və konkret müşahidələrdir.
Qarşılama, ehtiyacı öyrənmə, təklif, soyunma otağı, kassa və yola salma.
Zəngə cavab, məlumatın dəqiqliyi və mağazaya dəvət.
Instagram və WhatsApp-da cavab sürəti, qiymət və ölçü suallarına cavab.
Meyarlar brendinizin xidmət standartına görə yazılır.
Vitrin, düzülüş, təmizlik və qiymət etiketləri.
Meyarlar üzrə bal, müşahidələr və düzəliş addımları.
Nəyi və hansı filiallarda yoxlayacağımızı sizinlə müəyyən edirik.
Hər mərhələ üçün meyarlar və ssenari yazılır.
Gizli müştəri mağazaya gəlir, zəng edir və yazır.
Nəticələr meyarlar üzrə balla və nümunələrlə təqdim olunur.
Düzəlişlərdən sonra eyni meyarlarla yenidən yoxlayırıq.
Müştəri pis xidmətdən şikayət etmir, sadəcə bir də gəlmir.
Alizada Fashion Marketing Agency

Gizli müştəri xidmətinin qiyməti hazır tarifə görə yox, yoxlamanın həcminə görə hesablanır. Birincisi, filialların sayı: hər filial ayrıca yoxlanılır. İkincisi, kanallar: yalnız mağaza ziyarəti, yoxsa zəng və onlayn yazışma da daxildir. Üçüncüsü, yoxlamaların sayı: birdəfəlik yoxlama ilə hər ay təkrarlanan yoxlama fərqli həcmdir. Dördüncüsü, ssenarinin mürəkkəbliyi: sadə alış, qaytarma, şikayət və ya fərdi sifariş.
Ümumi yoxlama şirkəti bankı, restoranı və mağazanı eyni vərəqlə qiymətləndirir. Biz isə 7 ildən artıqdır ki, yalnız moda sahəsində işləyirik və geyim satışının incəliklərini tanıyırıq. Yoxlamada satıcının ölçünü düzgün təklif edib-etmədiyinə, kombin və tamamlayıcı məhsul təklifinə, soyunma otağındakı diqqətə baxırıq, çünki qərar çox vaxt məhz orada verilir. Onlayn yoxlamada qiymət sualına cavabı, ölçü cədvəlini, çatdırılma və qaytarma şərtlərinin izahını qiymətləndiririk. Mağazanın görünüşünü isə vizual merçendayzinq təcrübəmizlə dəyərləndiririk.
Bizimlə başlamaq üçün dörd addım var. 1) Pulsuz konsultasiyada mağazanızı və sizi narahat edən məqamları dinləyirik. 2) Yoxlama planını və qiymətləndirmə vərəqini hazırlayıb təsdiqinizə təqdim edirik. 3) Gizli müştəri razılaşdırılmış kanallarda yoxlamanı aparır. 4) Hesabatı təqdim edir, nəticələri sizinlə müzakirə edirik.
Hesabat kimisə cəzalandırmaq üçün yox, xidməti yaxşılaşdırmaq üçündür. Onlayn sorğuların taleyini izləmək üçün xidmətlərimizdən istifadə edən mağazalara CRM sistemini ödənişsiz qururuq. Sorğuların satışa çevrilməsi targetinq büdcənizin nəticəsini də birbaşa dəyişir.
Mağazanızda xidmətin real səviyyəsini birlikdə ölçək: pulsuz konsultasiyaya yazılın.
Meyarlar üzrə qiymətləndirmə hesabatı
Hər kanal üçün ayrıca müşahidələr
Güclü və zəif məqamların siyahısı
Konkret düzəliş addımları
Təkrar yoxlama ilə müqayisə
Xeyr. Yoxlamanın vaxtını yalnız siz bilirsiniz, gizli müştəri adi alıcı kimi davranır.
Mağaza ziyarəti, telefon zəngi, Instagram və WhatsApp yazışması. Hansı kanalların yoxlanacağını siz seçirsiniz.
Hər meyar üzrə bal, konkret müşahidələr və düzəliş üçün tövsiyələr.
Bir yoxlama indiki vəziyyəti göstərir. Dəyişikliyi görmək üçün düzəlişlərdən sonra təkrar yoxlama məsləhətdir.
Bəli. Fiziki mağazası olmayan brendlərdə yoxlama yazışma, zəng və sifariş prosesi üzrə aparılır.

Bu gün alıcı mağazaya gəlməzdən əvvəl onu telefonda ziyarət edir. Geyim mağaza marketinq həm onlayn, həm də fiziki mağazanı bir sistem kimi işlədir.
Oxu
Mağaza vitrini müştəri içəri girməmişdən satışa başlayır. Düzülüş, rəng, işıq və seçim rahatlığı bu qərarın böyük hissəsini müəyyən edir.
Oxu
Geyim brendi üçün CRM kimin aldığını, haradan gəldiyini və niyə qayıtmadığını göstərir. Reklamı təxminlə yox, rəqəmlə idarə etməyin yolu budur.
Oxu