Brend · Xidmət

Geyim mağazası üçün çap xidmətləri

Çantadan vizitkaya qədər bir geyim mağazasına lazım olan bütün çap materialları. Dizaynı brendinizə uyğun hazırlayır, istehsalı və keyfiyyəti izləyirik.

MəhsulÇanta, etiket, vizitka
DaxilDizayn və istehsal
NəticəVahid brend görünüşü
Dərzi santimetri: geyim brendi üçün çap materialları
Tərif

Brend müştərinin əlində davam edir

Müştəri mağazadan çıxanda brend onunla birlikdə gedir: çantada, etiketdə, qablaşdırmada, vizitkada. Çap materialları brendinizin necə qəbul edildiyinə birbaşa təsir edir.

Keyfiyyətsiz və ya bir-birinə uyğun olmayan materiallar ən yaxşı kolleksiyanı da adi göstərir. Çanta bir yerdən, etiket başqa yerdən, vizitka üçüncü yerdən sifariş olunanda brendin vahid görünüşü itir.

Bütün çap materiallarını vahid dizayn dilində hazırlayır, nümunəni təsdiqinizə təqdim edir, istehsalı və çatdırılmanı bir yerdən idarə edirik.

Kimə lazımdır

Bu xidmət sizə lazımdır, əgər…

  • Yeni mağaza və ya brend açırsınız.
  • Materiallarınız müxtəlif yerlərdən sifariş olunub və bir-birinə uyğun deyil.
  • Brendinizi yeniləyirsiniz.
  • Onlayn sifarişlər üçün brendli qablaşdırma lazımdır.
  • Kampaniya, endirim və ya bayram üçün materiallar lazımdır.
Xidmətə nə daxildir

Çap xidmətləri: işin tam tərkibi

01

Çantalar

Kağız, parça və karton çantalar, brendli lent və stikerlər.

02

Etiket və birkalar

Boyun və ölçü etiketləri, qiymət birkaları.

03

Qablaşdırma

Qutular, ipək kağız, onlayn sifariş paketləri və təşəkkür kartları.

04

Vizitka və ofis

Vizitkalar, blanklar, zərflər və qəbzlər.

05

Loyallıq və kampaniya

Endirim və bonus kartları, hədiyyə sertifikatları, flayerlər.

06

Mağazadaxili materiallar

Vitrin stikerləri, posterlər, rollup və ölçü cədvəlləri.

İş prosesi

Addım-addım necə işləyirik

  1. Ehtiyac siyahısı

    Mağazanıza lazım olan materialları və sayları birlikdə müəyyən edirik.

    NəticəMaterial siyahısı
  2. Dizayn

    Bütün materiallar vahid brend dilində dizayn olunur.

    NəticəDizayn faylları
  3. Nümunə və təsdiq

    İstehsaldan əvvəl maket və ya nümunə təsdiqinizə təqdim olunur.

    NəticəTəsdiqlənmiş nümunə
  4. İstehsal

    Materiallar istehsal olunur, keyfiyyət izlənir.

    NəticəHazır materiallar
  5. Çatdırılma

    Materiallar mağazanıza çatdırılır, fayllar növbəti sifarişlər üçün saxlanılır.

    NəticəTəhvil
Ağ köynək
Müştəri mağazadan çıxanda brend onunla birlikdə çıxır.

Alizada Fashion Marketing Agency

Nəticə

Əməkdaşlığın sonunda nə əldə edirsiniz

01

Bütün materiallarda vahid brend görünüşü

02

Hamısının bir yerdən sifarişi

03

İstehsaldan əvvəl nümunə və keyfiyyət nəzarəti

04

Təkrar sifarişlər üçün hazır fayllar

05

Brendin daha peşəkar görünməsi

Tez-tez verilən suallar

Çap xidmətləri haqqında suallar

Hansı materialları hazırlayırsınız?

Çantalar, etiket və birkalar, qablaşdırma, vizitkalar, endirim və bonus kartları, hədiyyə sertifikatları və mağazadaxili materiallar. Siyahıda olmayan material lazımdırsa, bizə yazın.

Minimum sifariş sayı var?

Bəzi materiallar üçün var. Sifarişdən əvvəl hər material üçün minimum sayı və qiyməti bildiririk.

Loqom yoxdursa, dizayn edirsiniz?

Bəli, dizaynı sıfırdan hazırlayırıq. Loqonuz varsa, materialları onun əsasında qururuq.

İstehsaldan əvvəl nümunə görə bilərəm?

Bəli, maket və ya nümunə təsdiqinizə təqdim olunur və yalnız sizin razılığınızdan sonra istehsala verilir.

Hazırlanma müddəti nə qədərdir?

Material növünə və sayına görə dəyişir. Dəqiq tarix sifariş zamanı bildirilir.

Əlaqə

Başlayaq?

Başlamaq işin yarısıdır.