Strategiya · Xidmət

Geyim mağazaları üçün vizual merçendayzinq

Müştəri mağazaya girmədən qərar verməyə başlayır. Vitrin, düzülüş, rəng ritmi və filiallar arası bölgü ilə bu qərarı sizin xeyrinizə çeviririk.

YerMağazadaxili
ƏhatəVitrin, zal, filiallar
NəticəSeçim rahatlığı
Ağ kostyum dəsti: geyim mağazasında vitrin və kombin düzülüşü
Tərif

Vizual merçendayzinq nədir?

Vizual merçendayzinq məhsulun mağazada necə göründüyünü — vitrin, rəf və asılqan düzülüşü, rəng bölgüsü, kombinlər və müştərinin zal boyunca hərəkəti — satışa xidmət edəcək şəkildə planlaşdırmaqdır.

Merçendayzinq müştəri davranışına təsir edən ən vacib faktorlardan biridir. Mağazalar çox vaxt bu amili gözdən qaçırdığı üçün uğursuzluğa düçar olur: məhsul yaxşıdır, qiymət uyğundur, amma müştəri axtardığını tapa bilmir.

Geyim sahəsində merçendayzinq yalnız bir mağazanın içi deyil. Filiallar arası geyimlərin bölüşdürülməsi də bu işin hissəsidir: bir filialda qalan məhsul başqa filialda satıla bilər. Bu işləri peşəkar komandamız həyata keçirir.

Kimə lazımdır

Bu xidmət sizə lazımdır, əgər…

  • Mağazaya giriş var, amma alış sayı azdır.
  • Yeni kolleksiya köhnə məhsulla qarışıb, mağaza dağınıq görünür.
  • Bir filialda qalan stok digər filialda tez satılır.
  • Vitrin mövsümlər boyu dəyişmir və diqqət çəkmir.
  • Müştərilər bir məhsul alıb gedir, kombin satışı zəifdir.
Xidmətə nə daxildir

Merçendayzinq: işin tam tərkibi

01

Mağaza auditi

Müştəri axını, zonalar, ən çox və ən az satılan nöqtələr.

02

Vitrin konsepti

Kolleksiyanı və kampaniyanı bir baxışda danışan vitrin.

03

Zal zonalaşdırması

Yeni gələnlər, əsas məhsullar və endirim zonasının yerləşməsi.

04

Rəng və ölçü bölgüsü

Gözü yönləndirən rəng ritmi və asan tapılan ölçülər.

05

Kombin düzülüşü

Bir-birini tamamlayan məhsulların yan-yana təqdimatı.

06

Filiallar arası bölgü

Stoku satılacağı yerə yönləndirən paylanma planı.

İş prosesi

Addım-addım necə işləyirik

  1. Mağaza auditi

    Mağazanı yerində görür, müştəri axınını izləyir, satış datası ilə tutuşdururuq.

    NəticəAudit qeydləri və fotolar
  2. Konsept

    Vitrin, zal planı, rəng ritmi və kombinlər üçün konsept hazırlanır.

    NəticəDüzülüş planı
  3. Quraşdırma

    Vitrin və zal düzülüşünü komandamız yerində qurur.

    NəticəHazır mağaza
  4. Filial bölgüsü

    Hər filialın satış xüsusiyyətinə görə məhsul bölgüsü planlanır.

    NəticəBölgü cədvəli
  5. İzləmə və yeniləmə

    Nəticəni izləyir, yeni kolleksiya və kampaniyalarla düzülüşü yeniləyirik.

    NəticəMövsüm yeniləməsi
Ağ köynək yaxası: rəf düzülüşündə detal və rəng bölgüsü
Seçim rahatlığı, rəng bölgüsü və məhsul düzülüşü müştərinin qərar verməsinə birbaşa təsir edir.

Alizada Fashion Marketing Agency

Nəticə

Əməkdaşlığın sonunda nə əldə edirsiniz

01

Müştərinin axtardığını asan tapdığı mağaza

02

Hər kolleksiya ilə yenilənən, diqqət çəkən vitrin

03

Kombin təqdimatı ilə artan çek məbləği

04

Filiallar arasında daha az ölü stok

05

Personal üçün aydın düzülüş qaydaları

Tez-tez verilən suallar

Merçendayzinq haqqında suallar

Vitrin nə qədər tez-tez dəyişməlidir?

Ən azı hər yeni kolleksiya və böyük kampaniya ilə. Dəyişməyən vitrin daimi müştərinin gözündə tez "görünməz" olur.

Kiçik mağaza üçün də merçendayzinq lazımdır?

Bəli, kiçik məkanda hər metr daha qiymətlidir. Düzgün zonalaşdırma kiçik mağazanı daha geniş və səliqəli göstərir.

Düzülüşü personalımız necə qoruyacaq?

Düzülüş qaydalarını komandanıza izah edirik ki, yeni məhsul gələndə də standart qorunsun.

Filiallar arası bölgü necə aparılır?

Hər filialın satış datasına və müştəri profilinə baxırıq. Məhsul ən çox satılacağı yerə yönləndirilir.

Bu xidmət çəkilişlərə də təsir edir?

Bəli. Yaxşı qurulmuş mağaza həm də hazır çəkiliş məkanıdır və sosial media kontenti üçün güclü fon yaradır.

Əlaqə

Başlayaq?

Başlamaq işin yarısıdır.