← Bloqa qayıt
CRM24 oktyabr 20264 dəq oxu

Geyim brendi üçün CRM niyə vacibdir?

Satış artıb, amma kim aldı, haradan gəldi, niyə qayıtmadı? Bu sualların cavabı olmayan brend reklamı təxminlə idarə edir.

Geyim mağazalarında ən çox rast gəldiyimiz problem budur: reklam işləyir, mesajlar gəlir, satış olur, amma heç kim dəqiq demir ki, hansı kanal nə qədər gəlir gətirdi. Müştəri bir dəfə alır və bir daha səsi çıxmır.

Təxminlə yox, rəqəmlə

CRM hər müştərinin hansı platformadan gəldiyini, hansı məhsulu aldığını və nə vaxt qayıtdığını bir yerdə saxlayır. Beləcə Instagram-a xərclədiyiniz büdcə ilə TikTok-dan gələn satışı yan-yana görürsünüz və növbəti ayın büdcəsini real nəticəyə görə bölürsünüz.

İtirilən müştəri də məlumatdır

Ən dəyərli hesabat çox vaxt itirilən müştərilərin siyahısıdır. Kim maraqlandı, amma almadı? Kim bir dəfə aldı və qayıtmadı? Bu siyahı ilə xüsusi təklif, yeni kolleksiya xəbəri və ya sadə bir zəng satışa çevrilə bilər.

Ona görə müştərilərimizə CRM sistemini ödənişsiz qururuq. Çünki ölçmək ikimiz üçün də önəmlidir.

Digər yazılar
Əlaqə

Başlayaq?

Başlamaq işin yarısıdır.