Ən geniş əhatəli xidmətimizdir və bir sözlə digər bütün xidmətlərimizi əhatə edir.
Əvvəlcədən edilən araşdırma və analizlərdən sonra növbəti il üçün marketinq planı yazılır. Komandamız bu planı 1 il ərzində icra edir (plana əsasən dəyişə bilər).
İstər kişi, istərsə də qadın geyimi sahəsindəki təcrübəmizlə brendinizi və satışlarınızı artırmaqda iddialıyıq.
Merçendayzinq müştəri davranışına təsir edən ən vacib faktorlardan biridir.
Mağazalar çox vaxt bu amili gözdən qaçırdığı üçün uğursuzluğa düçar olur. Filiallar arası geyimlərin bölüşdürülməsini və mağazadaxili vitrinlərin yığılmasını peşəkar komandamız həyata keçirir.
Seçim rahatlığı, rəng bölgüsü və məhsul düzülüşü kimi amillər müştərinin qərar verməsinə birbaşa təsir edir.
Brendinizi auditoriyası sizin müştəriniz olan blogerlərlə tanış edirik. Seçim izləyici sayına görə yox, auditoriyanın kimdən ibarət olduğuna, şəhərinə və etkileşiminə görə aparılır.
Danışıqları, brifi, ssenarini və paylaşımların vaxtını komandamız idarə edir. Hər kampaniya promo kod, xüsusi link və CRM ilə ölçülür.
UGC, yəni real istifadəçi görünüşlü videolar isə reklam kampaniyalarınız üçün ən etibarlı kreativlərdən biridir. Onları da sizin üçün hazırlayırıq.
İstər mağazadaxili, istər xüsusi məkanlar, istərsə də studio çəkilişləri üçün bizə müraciət edə bilərsiniz.
Lookbook, kataloq, kampaniya və onlayn mağaza üçün məhsul fotoları çəkirik. Konsepsiyanı, məkan seçimini və retuşu rahatlıqla komandamıza həvalə edə bilərsiniz.
Yanlış görüntü, xüsusilə geyim sahəsində, müştəridə yanlış təəssürat oyada bilər. Ona görə hər fotoda rəng və parça real görünüşünə uyğun işlənir.
Geyimlərinizi daşıyan modelin seçimi olduqca vacib amildir. Bu günə qədər bir çox mağazanın məhz bu səbəbdən müştəri itirdiyinin şahidi olmuşuq. Seçdiyiniz model sizi təmsil etməyi bacarmalıdır.
Buraya geyimi üzərində daşıma, modelin siması, lazım olduqda danışığı, bədən dili, xitab etdiyi seqment kimi bir çox detal daxildir.
Komandamız model seçimi və təşkilində sizə peşəkar xidmət göstərməyə hazırdır.
Müştəri mağazadan çıxanda brend onunla birlikdə gedir: çantada, etiketdə, qablaşdırmada. Bu materiallar brendinizin necə qəbul edildiyinə birbaşa təsir edir.
Kağız və parça çantalar, etiket və birkalar, qablaşdırma, vizitkalar, endirim kartları və mağazadaxili materiallar. Bir geyim mağazasına nə lazımdırsa, hamısını bir yerdən hazırlayırıq.
Dizaynı brendinizə uyğun hazırlayır, nümunəni təsdiqinizə təqdim edir, istehsalı və keyfiyyəti izləyirik.
CRM sistemi geyim sahəsində fəaliyyət göstərən mağazalar üçün kritik uğur faktorlarından ən vacibidir. Müştərilərinizi düzgün qurulmuş sistemlə izləməli, onlara daha çox satış etməli və onların rəqibə keçməsinə imkan verməməlisiniz.
CRM itirdiyiniz müştərilərin səbəblərini, qazandığınız müştərilərin sayını, onların müəyyən müddətdə gətirdiyi gəliri, reklamlarınızın effektivliyini və müştərinin sizi harada, necə tapdığını göstərir.
Müştərilərimizə bu sistemi ödənişsiz qururuq. Çünki ölçmək ikimiz üçün də önəmlidir.
Hazır kurs yox, mağazanıza görə yazılan proqramdır. Əvvəlcə sizinlə sorğu aparır, komandanızı və müştərilərinizi öyrənirik.
Proqram satıcı, kassir və menecer kimi hər vəzifə üçün ayrıca qurulur. Mövzular müştərini qarşılamaqdan yola salmağa, onlayn yazışmalardan komanda idarəsinə və hədəflərə qədər uzanır.
Təlim müddəti iş saatlarınıza görə günlük və aylıq bölünür. Proqramın hazırlanmasında 3000+ müştəri ilə aparılmış sorğunun cavabları nəzərə alınır.