Konsepsiya və moodboard
Çəkilişin ideyası, üslubu və kadr siyahısı əvvəlcədən hazırlanır.
Lookbook, kataloq, kampaniya və onlayn mağaza üçün məhsul fotoları. Konsepsiyadan məkan seçiminə, modeldən retuşa qədər hər mərhələni komandamız idarə edir.
Moda foto çəkilişi geyimin parçasını, kəsimini, rəngini və üzərində necə durduğunu düzgün göstərmək üçün planlanan çəkilişdir. Bura konsepsiya, məkan, işıq, model, stil və retuş daxildir.
Bugünün marketinqi məhsulla yanaşı onun təqdimatının da möhtəşəm olmasını tələb edir. Yanlış görüntü, xüsusilə geyim sahəsində, müştəridə yanlış təəssürat oyadır: rəng fərqli görünür, parça ucuz görünür, ölçü yanlış anlaşılır.
İstər mağazadaxili, istər xüsusi məkan, istərsə də studiya çəkilişləri üçün bizə müraciət edə bilərsiniz. Konsepsiyanı və məkan seçimini rahatlıqla komandamıza həvalə edə bilərsiniz.
Çəkilişin ideyası, üslubu və kadr siyahısı əvvəlcədən hazırlanır.
Mağaza, şəhər məkanı və ya studiya: kolleksiyaya uyğun fon.
Brendi təmsil edən model və kombinlərin hazırlanması.
Kolleksiyanı hekayə kimi göstərən obrazlı fotolar.
Ağ fon, flatlay və detal kadrları: sayt və marketplace üçün.
Rəng və parça real görünüşünə uyğun işlənir.
Kolleksiyanı, məqsədi və fotoların harada istifadə olunacağını öyrənirik.
İdeya, moodboard və hər kombin üçün kadrlar hazırlanır.
Məkan, model, geyimlər, aksesuarlar və çəkiliş planı razılaşdırılır.
Komandamız çəkilişi plana uyğun aparır, hər kombin düzgün göstərilir.
Ən yaxşı kadrlar seçilir, rəng düzəlişi və retuş edilir.
Yanlış görüntü, xüsusilə geyim sahəsində, müştəridə yanlış təəssürat oyada bilər.
Alizada Fashion Marketing Agency
Geyimin real rəngini və keyfiyyətini göstərən fotolar
Bütün kanallar üçün vahid vizual üslub
Sayt, marketplace və sosial media ölçülərinə hazır fayllar
Vaxtınızı alan hazırlıq işlərinin komandamızda olması
Bir çəkilişdən çoxlu kontent
Mağazanızda, xüsusi seçilmiş məkanda və ya studiyada. Məkanı kolleksiyanın üslubuna görə birlikdə seçirik.
Konsepsiya, moodboard və kadr siyahısını komandamız hazırlayır və çəkilişdən əvvəl sizinlə razılaşdırır.
Bəli, model təşkili xidmətimizlə brendinizi təmsil edə biləcək modeli seçir və çəkilişə hazırlayırıq.
Foto sayı çəkilişin həcminə görə əvvəlcədən razılaşdırılır və çəkiliş planında yazılır.
Retuş zamanı rəngi real parça ilə müqayisə edirik ki, müştəri aldığı geyimi fotoda gördüyü kimi alsın.
Başlamaq işin yarısıdır.