Kontent · Xidmət

Moda çəkilişləri üçün model seçimi və təşkili

Seçdiyiniz model sizi təmsil etməyi bacarmalıdır. Kastinqdən çəkiliş gününə qədər brendinizə uyğun modeli tapır və hazırlayırıq.

ƏhatəKastinq və təşkil
MeyarSeqment uyğunluğu
İstifadəÇəkiliş, kampaniya
Ağ kostyumda model: brend obrazına uyğun model seçimi
Tərif

Model seçimi niyə satışa təsir edir?

Model təşkili geyim brendinin çəkilişləri və kampaniyaları üçün brendi təmsil edəcək modelin seçilməsi, razılaşdırılması və çəkiliş gününə hazırlanmasıdır.

Geyimlərinizi daşıyan modelin seçimi olduqca vacib amildir. Bu günə qədər bir çox mağazanın məhz bu səbəbdən müştəri itirdiyinin şahidi olmuşuq: geyim gözəl, çəkiliş peşəkar, amma auditoriya özünü o obrazda görmür.

Seçimdə geyimi üzərində necə daşıması, sima, lazım olduqda danışığı, bədən dili və xitab etdiyi seqment kimi bir çox detal nəzərə alınır. Komandamız model seçimi və təşkilində sizə peşəkar xidmət göstərməyə hazırdır.

Kimə lazımdır

Bu xidmət sizə lazımdır, əgər…

  • Postlarınız bəyənilir, amma satış gətirmir.
  • Hər çəkilişdə fərqli model istifadə olunur və brendin obrazı dağılır.
  • Auditoriyanız modelə yox, geyimə baxmalıdır, amma əksinə olur.
  • Video və Reels üçün danışa bilən model lazımdır.
  • Yeni kolleksiya üçün yeni üz axtarırsınız.
Xidmətə nə daxildir

Model təşkili: işin tam tərkibi

01

Obraz brifi

Brendin auditoriyası, üslubu və kolleksiyanın xarakteri.

02

Kastinq

Brifə uyğun namizədlərin seçimi və müqayisəsi.

03

Uyğunluq yoxlaması

Geyimi daşıma, bədən dili, kamera qarşısında rahatlıq.

04

Danışıq və video bacarığı

Lazım olduqda video və Reels üçün təqdimat bacarığı.

05

Razılaşma və planlama

Çəkiliş tarixi, saatı və şərtlərin təşkili.

06

Çəkiliş günü dəstəyi

Model ilə çəkiliş komandası arasında koordinasiya.

İş prosesi

Addım-addım necə işləyirik

  1. Obraz brifi

    Brendinizin auditoriyasını və kolleksiyanın üslubunu müəyyənləşdiririk.

    NəticəModel brifi
  2. Kastinq

    Brifə uyğun namizədləri seçir və sizə təqdim edirik.

    NəticəNamizəd siyahısı
  3. Seçim və razılaşma

    Birlikdə qərar verir, çəkiliş şərtlərini razılaşdırırıq.

    NəticəTəsdiqlənmiş model
  4. Hazırlıq

    Kombinlər, obraz və çəkiliş planı model ilə əvvəlcədən paylaşılır.

    NəticəÇəkiliş planı
  5. Çəkiliş günü

    Model, stil və çəkiliş komandası bir plan üzrə işləyir.

    NəticəTamamlanmış çəkiliş
Qara kostyumda model: kampaniya üçün model təşkili
Geyimlərinizi daşıyan modelin seçimi olduqca vacib amildir. Seçdiyiniz model sizi təmsil etməyi bacarmalıdır.

Alizada Fashion Marketing Agency

Nəticə

Əməkdaşlığın sonunda nə əldə edirsiniz

01

Auditoriyanın özünü gördüyü obraz

02

Çəkilişlər arasında vahid brend siması

03

Geyimi düzgün göstərən poza və bədən dili

04

Video formatı üçün hazır model

05

Çəkiliş günü daha az vaxt itkisi

Tez-tez verilən suallar

Model təşkili haqqında suallar

Model seçimində nəyə baxırsınız?

Geyimi daşıma tərzi, sima, bədən dili, kamera qarşısında rahatlıq, lazım olduqda danışıq və brendin xitab etdiyi seqmentə uyğunluq.

Hər çəkilişdə eyni model olmalıdır?

Mütləq deyil, amma brendin siması tanınan qalmalıdır. Bunun üçün obraz brifini sabit saxlayırıq.

Model təşkili çəkiliş xidməti ilə birlikdədir?

Hər ikisini birlikdə və ya ayrı-ayrılıqda seçə bilərsiniz. Birlikdə olduqda planlama daha rahat olur.

Video üçün xüsusi model lazımdır?

Danışıq tələb edən videolar üçün kamera qarşısında danışa bilən model seçirik.

Seçimi kim təsdiqləyir?

Namizədləri biz təqdim edirik, son qərarı siz verirsiniz.

Əlaqə

Başlayaq?

Başlamaq işin yarısıdır.