Karyera · Alizada Fashion Marketing Agency

Moda marketinqində bizimlə işlə

Geyim brendləri üçün çəkiliş, dizayn və kontent hazırlayan komandaya qoşul. İki yol var: təcrübən varsa frilans əməkdaşlıq, yeni başlayırsansa təcrübə proqramı.

Hansı sənə uyğundur?

Təcrübən var

Frilans əməkdaşlıq

Öz sahəsində işləmiş və portfoliosu olan mütəxəssislər üçün.

  • Layihə əsasında iş: çəkiliş, dizayn və ya kontent sifarişləri
  • Ödəniş hər layihə üçün ayrıca razılaşdırılır
  • Əsas işinlə yanaşı, öz qrafikinə uyğun işləyirsən

5 vəzifə: Mobiloqraf, Videoqraf, Qrafik dizayner, Kontent menecer, Merçendayzer

Frilans kimi müraciət et
Yeni başlayırsan

Təcrübə proqramı

Sahəyə yeni qədəm qoyanlar və tələbələr üçün.

  • Real geyim brendlərinin layihələrində iştirak edirsən
  • Komandamızdan mentor səni istiqamətləndirir
  • Portfolion üçün real iş nümunələri toplayırsan

4 istiqamət: Mobiloqraf, Videoqraf, Qrafik dizayner, Kontent menecer

Təcrübəyə müraciət et
Vəzifələr

Kimləri axtarırıq?

Hər vəzifənin yanında hansı formatda müraciət edə biləcəyin göstərilib.

Mobiloqraf

Telefonla qısa videolar çəkir və montaj edir.

  • Mağaza və atelyelərdə Reels, TikTok çəkilişi
  • Trendlərə uyğun sürətli montaj
  • Çəkilişdən bir neçə hazır video çıxarmaq

Videoqraf

Kamera ilə kampaniya və reklam videoları çəkir.

  • Kampaniya, lookbook və reklam çəkilişləri
  • İşıq, kadr və səslə iş
  • Montaj və rəng korreksiyası

Qrafik dizayner

Sosial media, reklam və çap üçün vizuallar hazırlayır.

  • Post, story və reklam bannerləri
  • Brendin üslubuna uyğun dizayn
  • Kataloq, etiket və digər çap materialları

Kontent menecer

Brendin sosial media kontentini planlayır və idarə edir.

  • Aylıq kontent planı
  • Mətnlər və video ssenariləri
  • Çəkiliş və paylaşımların koordinasiyası

Merçendayzer

Mağazada vitrin və məhsul düzülüşünü qurur.

  • Vitrin və manekenlərin tərtibatı
  • Rəf və asılqanlarda məhsul düzülüşü
  • Filiallar arası məhsul bölgüsü
Frilans Yalnız frilans

Müraciət necə işləyir?

01

Vəzifəni seç

Frilans və ya təcrübə proqramı, sonra sənə uyğun vəzifə.

02

Formu doldur

Adın, nömrən, varsa CV-n və portfolio linkin kifayətdir.

03

Görüşək

Müraciətinə baxırıq və uyğun gəldikdə səninlə əlaqə saxlayırıq.

Müraciət

Bizə qoşul

Formu doldur və göndər. Müraciətinə baxırıq və uyğun gəldikdə səninlə əlaqə saxlayırıq.

Və ya CV və portfolionu e-mail ilə göndər:money@alizadafashion.az

Telefon və WhatsApp:050 994 18 04

Əməkdaşlıq növü
CV yüklə (PDF, DOC və ya DOCX, 5 MB-a qədər)
Fayl seç və ya bura atCV-n yoxdursa, boş saxlaya bilərsən
Əlaqə

Başlayaq?

Başlamaq işin yarısıdır.