Satış təlimi
Qarşılama, ehtiyacı öyrənmə, kombin təklifi, etirazlar və satışın bağlanması.
Hazır kurs yox, mağazanıza görə yazılan proqram. Əvvəlcə komandanızı və müştərilərinizi öyrənir, sonra satıcıdan menecerə qədər hər vəzifə üçün təlim qururuq.
Hər mağazanın müştərisi, məhsulu, qiyməti və komandası fərqlidir. Ümumi satış kursu satıcıya sizin müştərinizə nə deməli olduğunu öyrətmir. Özəl təlim proqramı isə məhz sizin mağazanıza görə yazılır.
Proqramı sizinlə aparılan sorğu və mağazada müşahidə əsasında hazırlayırıq. Mövzular müştərini qarşılamaqdan yola salmağa, Instagram və WhatsApp yazışmalarından komanda idarəsinə və hədəflərə qədər uzanır.
Proqramın hazırlanmasında 3000+ müştəri ilə aparılmış sorğunun cavabları nəzərə alınır. Təlim müddəti iş saatlarınıza görə günlük və aylıq bölünür.
Qarşılama, ehtiyacı öyrənmə, kombin təklifi, etirazlar və satışın bağlanması.
Qaytarma, şikayət və daimi müştəri ilə ünsiyyət.
Instagram və WhatsApp üçün cavab skriptləri.
Komanda idarəsi, hədəflər, motivasiya və növbə planı.
Parça, ölçü, kombin və düzülüş haqqında praktik bilik.
Gizli müştəri yoxlaması və nəticələrin izlənməsi.
Sizinlə sorğu aparır, mağazada komandanın işini müşahidə edirik.
Hər vəzifə üçün mövzular, skriptlər və cədvəl hazırlanır.
Fərdi və ya qrup şəklində, iş saatlarınıza uyğun keçirilir.
Öyrənilənlər mağazada tətbiq olunur və yoxlanılır.
Dəyişikliklər və növbəti addımlar bir hesabatda.
Müştəri mağazaya geyim üçün gəlir, qərarı isə çox vaxt satıcı ilə danışıqda verir.
Alizada Fashion Marketing Agency
Hər vəzifə üçün ayrıca proqram
Yazılı xidmət standartları və skriptlər
Ölçülə bilən dəyişiklik
Yeni işçilər üçün hazır material
Menecerlər üçün nəzarət aləti
Mağazanızda və ya razılaşdırılmış məkanda, iş saatlarınıza uyğun.
Müddət iş saatlarınıza görə hesablanaraq günlük və aylıq bölünür.
İstəyinizdən asılı olaraq hər ikisi mümkündür.
Satıcılar, kassirlər, onlayn satış əməkdaşları və menecerlər üçün. Proqram hər vəzifəyə görə ayrıca qurulur.
Satış rəqəmləri, CRM göstəriciləri və gizli müştəri yoxlamaları ilə.
Başlamaq işin yarısıdır.