Model seçimi satışa necə təsir edir?
Eyni geyim fərqli insanda fərqli satılır. Model brendin səsi, auditoriyanın güzgüsü olmalıdır.

Bir çox mağazanın məhz model seçimi səbəbindən müştəri itirdiyinin şahidi olmuşuq. Geyim gözəl, çəkiliş peşəkar, amma postlar satmır. Çox vaxt səbəb sadədir: model brendin auditoriyasını təmsil etmir.
Nəyə baxırıq?
Geyimi üzərində necə daşıması, sima, bədən dili, lazım olduqda danışığı və xitab etdiyi seqment. Klassik qadın kostyumu satan brend üçün gənc, ekstravaqant obraz diqqət çəkə bilər, amma alıcını inandırmaz.
Auditoriya özünü görməlidir
Müştəri postu görəndə özünü o geyimdə təsəvvür etməlidir. Model nə qədər doğru seçilsə, bu körpü bir o qədər asan qurulur və satış qərarı bir o qədər tez verilir.
Brendinizə uyğun modeli biz tapırıq: kastinqdən çəkiliş gününə qədər.
